ABŞ prezidenti Barak Obama 2012-ci ildə keçiriləcək prezident seçkisində də namizəd olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə prezidentin özü açıqlama verib. Ölkənin 44-cü prezidenti və bu kresloya oturan ilk zənci olan Barak Obama 2008-ci ildə ABŞ-ı sanki iflasa uğradan və minlərlə adamın işsiz qalmasına səbəb olan maliyyə böhranından sonra ölkədə "yeni bir ümid" hesab edilirdi. Ancaq elə ilk aylarda atdığı addımları ilə o, geniş kütlələri ümidsizliyə uğradıb.
2008-ci ildə prezident seçilən Obama səhiyyə islahatı ilə radikal bir dəyişikliyə imza atsa da "Wikileaks" sənədlərinin ortaya çıxması və son olaraq Liviyanın koalisiya gücləri tərəfindən bombalanması onu sərt tənqidlərlə üz-üzə qoyub. Keçən il isə Konqresə aralıq seçkilərdə Obamanın üzv olduğu Demokrat Partiyası Nümayəndələr Palatasında ağır məğlubiyyətə uğrayaraq əksəriyyəti itirib.
2012-ci il prezident seçkisində Obamanın əsas rəqibləri olaraq Respublikaçılar Partiyasının namizədləri Sarah Palin və məşhur biznesmen Donald Trumfun adı çəkilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB