"Azərbaycan bu iki ölkənin münasibətləri dətəkləyir lakin..." - AÇIQLAMA
Azərbaycan Rusiya və Türkiyə münasibətlərinin möhkəmləndirilməsini dəstəkləyir, lakin bir şərtlə ki, hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirsin. Bunu SİA-ya açıqlamasında siyasi ekspert Qabil Hüseynli hazırki Rusiya və Türkiyə münasibətlərini şərh edərkən deyib.
O bildirib ki, hazırda münasibətlər müsbətə doğru getmək əvəzinə daha da gərginləşib və Türkiyəyə qarşı müəyyən bir blokada yaranıb:
"Bu məsələ ilə bağlı Türkiyənin nümayəndə heyəti Moskvaya gedəcək və orada geniş danışıqlar aparılacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya rəhbəri Vladimir Putin telefonda məsələni müzakirə ediblər. Danışıqların məzmunu bəlli olmasa da Rusiyanın Türkiyədəki səfirinin yaydığı xoşagəlməz bəyanat münasibətlərin korlandığının göstəricisidir. Həmin bəyanatda Türkiyənin İdlibdə atəşkəs rejimini pozması böyük bir qəbahət kimi dəyərləndirilmişdi. Bu bəyanatda Türkiyə açıq şəkildə ittiham edilirdi. Rusiya hesab edir ki, Türkiyənin İdlibə qoşun yeritməsi, sərhəd boyu əlavə qoşun saxlaması sülh prosesinə və atəşkəs rejiminin qorunub saxlanılması prosesinə xələl yetirir. Bu nöqteyi nəzərdən Rusiya və Türkiyə arasında çox böyük fikir ayrılığı yaşanır".
Ekspert bildirib ki, Əsəd də öz növbəsində Türkiyəyə qarşı neqativ fikir formalaşdırmağa çalışır:
"Əsəd də öz növbəsində BMT-yə şikayət edərək bildirib ki, Türkiyə ilhaqçı siyasət aparır və onu durdurmaq lazımdır. Hazırda bir sıra ərəb dövlətləri də Əsədi müdafiə edir. Gördüyünüz kimi hazırda Türkiyə ətrafında xoşagəlməz ictimai fikrin yaradılması prosesi gedir. Türkiyə müəyyən bir blokadaya salınıb.
Milliyətçi Hərəkat Partiyasının sədri Bahçelinin də "yıxılsın Suriya, daxılsın İdlib, məhv olsun Əsəd" şüarı altındakı müharibəyə çağırışı ictimai rəydə rezonans doğurur. Nəticə olaraq, münasibətləri qaydaya salmaq üçün pozitiv səylər göstərilsə də ortada heç bir nəticə yoxdur. Münasibətləri korlayan amillərin sayı durmadan artır".
Qabil Hüseyni belə bir situasiya Azərbaycanın iki ölkə arasındakı münasibətlərə təsirindən də danışıb:
"Hazırda Azərbaycan Türkiyə və Rusiya münasibətlərinin yaxşılaşdırılması və inkişaf etdirilməsi yolunda ciddi addımlar atır. Vaxtilə Türkiyə tərəfindən Rusiya təyyarəsi vurularkən də münasibətlər pozulmuşdu. O zaman Azərbaycan həmin münasibətlərin normaya salınmasında həlledici rol oynamışdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan tərəfi Rusiya və Türkiyə münasibətlərinin möhkəmləndirilməsini dəstəkləyir lakin bir şərtlə ki, hər iki tərəf öz üstünə düşən öhdəlikləri vicdanla yerinə yetirsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB