Koreya Xalq Demokratik Respublikasının Xalq Məclisinin sədri Çoy Txe Bok Böyük Britaniyadan ölkəsinə ərzaq yardımı edilməsi ilə bağlı xahiş edib. SİA-nın Renxal xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ölkə rəsmilərini bu addımı atmağa son günlər Koreyada yaşanan kəskin ərzaq qıtlığıdır.
Çoy Txe Bokun sözlərinə görə, qarşıdakı iki ayda vəziyyət daha da pisləşəcək. Xalq Məclisinin sədri 28-31 mart tarixlərində parlamentlərarası qrupun dəvəti ilə Britaniyada olarkən ölkə rəsmiləri ilə ciddi danışıqlar aparıb. Qeyd edək ki, Şimali Koreyada ərzaq çatışmazlığı ötən əsrin 90-cı illərində ölkəni bürüyən aclıqdan conra daha kəskinləşib. Həmin ildən başlayaraq Şimali Koreya beynəlxalq humanitar təşkilatlardan yardımlar alır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB