Prezident seçkilərində Nazarbayevin rəqibləri ona səs veriblər - SEÇKİLƏR
Bu gün Qazaxıstanda prezident seçkiləri keçirilir. Astana vaxtı ilə səhər saat 7:00-da başlayan səsvermə prosesi ölkənin bütün seçki məntəqələrində aparılır. SİA-nın verdiyi məlumata görə, yerli qanunvericiliyə uyğun olaraq səsvermə axşam saat 20:00-a qədər davam edəcək, sonra isə səslər sayılacaq.
Bu ilki seşkilərdə hakim "Nur Otan" partiyasının namizədi Nursultan Nazarbayevdən savayı üç nəfər – Qazaxıstan Xalq Kommunist Partiyasının katibi Jambıla Əhmədbəyov, ekoloq Melsa Yeleusizov və Vətənpərvərlər Partiyasının lideri, Senatın deputatı Qəni Qasımov da prezident kürsüsü uğrunda mübarizə aparırlar.
Seçki bülletenləri bu dəfə fərqli formadadır. Belə ki, "hamının əlehinə" qeydi bu dəfə bülletenə salınmayıb. Məlumat üçün bildirək ki, 2005-ci ildə keçirilən seçkilərdə Yeleusizov cəmi 0,28 faiz səs toplamışdı. Qasımov isə 1999-cu il seçkilərində gücünü sınamışdı.
Bu gün Qazaxıstan əhalisi 16,4 milyondan yuxarıdır. Seçicilərin sayı isə 9,18 milyondur. Ölkədə 9 min 725 seçki məntəqəsi yaradılıb.
İndiki seçkilər maraqlı cəhəti ilə yadda qalıb, Nazarbayevin rəqiblərindən biri hətta səsini indiki prezidentə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB