Bakıda 3 Avropa institutunun birgə mətbuat konfransı keçirilib - FOTOLAR

Bu gün Bakıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT-in Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) birgə fəaliyyəti olan müşahidə missiyasının parlament seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, ATƏT-in qısamüddətli missiyasının rəhbəri Artur Gerasimov bu hesabatın ATƏT və AŞPA-nın birgə fəaliyyəti olduğunu bildirib.

ATƏT-in qısamüddətli müşahidəçi missiyasını xüsusi əlaqələndiricisi və rəhbəri Artur Gerasimov qeyd edib ki, Ermənistanla münaqişənin ölkədə seçkilərin təşkilinə təsirinə yaxşı xəbərdaram və məcburi köçkünlərin seçkilərdə iştirakının təmin edilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirirəm: "125 dairənin 10-da seçkilərin keçirilmədiyini və bunun Ermənistanla münaqişə ilə bağlı olduğunu bilirik".

A.Gerasimov əlavə edib ki, MSK mətbuat və müşahidəçilər üçün açıq olub. O, Azərbaycan hökumətinə əməkdaşlığına görə, minnətdarlığını bildirib.

ATƏT-in müşahidəçisi Frank Schavabe Azərbaycan hökumətinə onları dəvət etdiyinə görə minnətdarlığını bildirib: "Bu şəfaflıq yolunda önəmli addımdır".

ATƏT PA-nın müşahidəçisi Elena Hoksa Azərbaycana onları xoş qarşıladığına görə minnətdarlığını bildirib və qeyd edib ki, seçkilər yeni siyasi ab-hava gətirdi: "ATƏT demokratiyanın inkişafına dair bütün dialoqlara hazırdır".

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiya rəhbəri Peter Teyler qeyd edib ki, bu bəyanat ilkin müşahidəni əks etdirir: "ATƏT Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır. MSK-ya ATƏT-in sorğularını cavab verdiyinə görə təşəkkür edirik".

DTİHB-nin misiya rəhbəri onu da qeyd edib ki, müşahidə missiyasının üzvləri fərqli yerlərdə görüşlər keçiriblər.

Daha sonra konfrans jurnalistlərin missiya üzvlərinə suallar verməsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə