"Parlament seçkiləri tam şəffalıq şəraitində keçib" MDB müşahidə Missiyasının rəhbəri

"Parlament seçkiləri tam şəffalıq şəraitində keçib" MDB müşahidə Missiyasının rəhbəri

"Növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib. Seçkilər rəqabət şəraitində, azad, şəffaf və demokratik seçkilərin prinisplərinə uyğun şəkildə keçirilib". SİA-nın verdiyi məlumata görə, bunu MDB-nin icraiyyə komitəsinin birinci sədr müavini, MDB müşahidə Missiyasının rəhbəri Viktor Quminskiy keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkikərin təşkilində davamlı və səmərəli görüb: "Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirmə məqsədilə həmçinin treninqlər də təşkil olunub.Biz baş çəkdiyimiz dairə və seçki məntəqlələrində lazım olan informasiyanı, suallarımıza cavabı dərhal ala bilirdik. Sevindirici haldır ki parlament seçkilərində iştirak etmək istəyən namizədlərin sayı həddən artıq olub. Bu isə ondan xəbər verir ki insanların seçim etmək, ən layiqli namizədi seçmək imkanı olub. Bundan əlavə, seçkiqabağı təşviqat üçün bütün namizədlər üçün bərabərhüquqlu şərait yaradılıb".

Missiya rəhbəri eyni zamanda vurğulayıb ki Azərbaycan Mərkəzi Seçki Komissiyası daxil olan şikayətlərə ölkə qanunvericiliyinə uyğun şəkildə baxılıb: "Bundan əlavə, missiya rəhbəri qeyd edib ki səslərin sayılması zamanı müşahidəçilərə heç bir mane törədilməyib. Belə ki, həm yerli, həm də beynəlxalq müşahidəçilər istədikləri məntəqələrdə səslərin sayılması prosesinə qatıla bilərdi".

Quminskiy qeyd edib ki, fevralın 9-u Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri sakit şəraitdə keçib: "Seçkilər çox yaxşı şəkildə təşkil olunub, seçki məntəqləri səsvermə üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub.Bizim Misisya üzvlərimiz 1913 seçki məntəqəsində seçki prosesini izləyib. Missiya üzləvləri səs sayma prosesində iştirak edib və onlar heç bir mane ilə qarşılaşmayıblar. MDB missiyası vurğulayır ki, keçirilmiş seçkilər Azərbaycanda siyasi rəhbərliyin yenilənməsində, ölkədaxili islahatların aparılmasında əhəmiyyətli rol oynayacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə