Müsavatçı müşahidəçi: “Nümunəvi seçki mühiti mövcuddur”

Müsavatçı müşahidəçi: “Nümunəvi seçki mühiti mövcuddur”

"Səhər saatlarından seçkiləri yaxından izləyirəm. Hər hansı bir nöqsanla rastlaşmamışam. Seçkicilər məntəqələrə daxil olub səsvermə hüquqlarından istifadə edirlər". Bunu SİA-ya 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 15 saylı seçki məntəqəsindən Müsavat partiyasının müşahidəçisi Nizami Süleymanov bildirib.

Onun sözlərinə görə, hər kəs seçki məntəqələrinə daxil olub istədikləri namizədə səs verirlər: “Müşahidəçilərin də öz səlahiyyətləri daxilində prosesi yaxından izləyirlər. Bu yaxşı haldır. Seçkilərin azad və demokratik keçəcəyi şübhəsizdir”.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə