Avropa ermənilərin çox böyük beşiyi və dayağı olub. Avropada istənilən halda erməni izi var. Bu sözləri SİA-ya politoloq Mübariz Əhmədoğlu AŞPA və ATƏT-in Azərbaycanla bağlı səsləndirdiyi neqativ fikirlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu ilk dəfə baş verən hal deyil və son da olmayacaq: "Hələ bir neçə il bu belə davam edəcək. Bu kimi çıxışlara hər daim hazır olmalıyıq. AŞ Parlament Assambleyası həm Dağlıq Qarabağ məsələsi, həm də erməni soyqrımı ilə bağlı qətnamə qəbul edib. Onlar aşkar şəkildə ermənilərin mövqeyini müdafiə edən qərar qəbul ediblər. Avropa Azərbaycan kimi dövləti hələ qəbul edə bilmir. Azərbaycanın regionda yeganə müsəlman dövlət olması, lakin imkanlarına görə iki xristian dövlətindən qat-qat güclü olmasını qəbul edə bilmirlər. Onlar həmişə çalışacaqlar ki, Azərbaycanın mövqeyi zəifləsin, ermənilərin və xristian dövlətlərin mövqeyi isə bu və ya digər formada güclənsin".
Politoloq vurğulayıb ki, son illərdə daha bir yenilik var: "Avropa Şurasının Parlament Assembleyasında Gürcüstan və Ukrayna bizim müttəfiqimizdir. Lakin onların hazırda Rusiya ilə böyük problemləri var. Azərbaycan isə Rusiya ilə müttəfiq olduğu üçün Rusiyanı, Rusiya isə öz növbəsində Azərbaycanı dəstəkləyir. Ona görə də düşünürəm ki, Azərbaycana qarşı olan hücumların arxasında Ukrayna və Gürcüstan nümayəndə heyətlərinin alt qatda gördüyü işin də rolu var. Sırf bunları nəzərə alaraq daha ayıq olmalıyıq. Avropa ilə işləyən qrupumuz həmişə çox aktiv, çox ağıllı və savadlı olmaldır. Hər şeyi doğru düzgün qiymətləndirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB