Bu gün Ana Vətən Partiyası (AVP) Mərkəzi Şurasının yığıncağı keçirilib. SİA-ya partiyadan verilən məlumata görə, yığıncağda AVP sədrinin təşkilatı məsələlər üzrə müavini Etibar Quliyevin Mərkəzi Seçki Komissiyasına üzv seçildiyi üçün onun partiyada fəaliyyətinin dayandırılması, 31 Mart Azərbaycanlıların soyqırımı və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.
Mərkəzi Şura Etibar Quliyevin partiyadakı fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib, 31 mart 1918-ci ildə azərbaycanlıların soyqırımını törədən ermənilərin hələ də antibəşəri, faşist əməllərinin davam etdirilməsinə dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlatlarının biganə qalmasını yolverilməz hesab edib. Mərkəzi Şura ölkədəki ictimai-siyasi durumun hər hansı narahatçılıq törətmədiyini, sabitliyin pozulmasına səbəb ola biləcək mühitin mövcud olmadığını önə çəkib, radikal müxalifətin son vaxtlar fəallaşmaq görüntüsünü yaratmağın, eyni zamanda radikal müxalifətlə radikal dini qruplaşmalar arasında alyansın törədə biləcəyi fəsadların detalları üzərində dayanıb, xalqımızı radikal qüvvələrin avantürasına və antimilli hərəkətlərinə qoşulmamağa səsləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB