XİN rəhbərlərinin görüşünə niyə ehtiyac yarandı? ÖZƏL-MÖVQE

XİN rəhbərlərinin görüşünə niyə ehtiyac yarandı? ÖZƏL-MÖVQE

"Artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla, Zöhrab Mnatsakanyanın İsveçrənin Cenevrə şəhərində keçirilən görüşü başa çatıb. Zənnimcə, bu dəfəki görüş predmet və konkret mövzular ətrafında olan görüşlər idi". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi tam konstruktiv olmasa da ATƏT-in təzyiqi altında mövzu üzrə müzakirələrə qoşulmaq məcburiyyətində qaldı: "Yəni orada indiyədək keçilmiş yola nəzə salındı və razılaşdırılmış məsələlər nəzərdən keçirildi. Bir çox texniki məsələlər var idi ki, onlar artıq razılaşdırılmışdı. Bu gün ortada olan əsas məsələ Dağlıq Qarabağın statusu, Dağlıq Qarabağa azərbaycanlıların qayıtması və işğalı altında olan 7 rayonun qaytarılmasıdır. Bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu səfər Zöhrab Mnatsakanyanın qondarma “Dağlıq Qarabağ” Respublikası, “Arsax” və birləşməyə can atan Ermənistan haqqında söz açmağa imkanı olmayıb. Demək olar ki, müzakirə edilən məsələlər ətrafında irəliləmələr olmasa da amma bütövlükdə məsələlər tam münaqişənin həlli ilə bağlı variantlar üzərində aparılıb. Bu səbəbdən də yeni görüşə ehtiyac yaranıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə