Paytaxtda mağaza oğrusu yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər sakini Aqil Əmiraslanova məxsus Ə.Əliyev küçəsində yerləşən mağazadan spirtli içki və şirniyyat oğurlanıb. Nərimanov RPİ PPXB-nin əməkdaşları tərəfindən dərhal axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, Arzu Balayev yaxalanaraq ərazi üzrə 17-ci PB-yə təhvil verilib.
Məlum olub ki, əvvəllər məhkum olunmuş Arzu Balayev oğurluğu diqqəti yayındırmaq yolu ilə törədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB