İndi Ermənistanda iqtisadiyyat bütünlüklə çöküb. Bu proses hər gün bir az da sürətlənir. Bu ilin 3 ayının yükunlarına görə, sözügedən ölkədə iqtisadiyyat 10 faiz aşağı düşüb. İlin sonuna kimi bu rəqəm artacaq. Vəziyyətdən çıxmaq üçün beynəlxalq maliyyə-kredit təşkilatları Ermənistana kömək edir. Lakin bu Ermənistanı xarici qüvvələrdən daha da asılı vəziyyətə salmaqdan başqa heç bir işə yaramayacaq. Bu zəmində Rusiya və İranın iqtisadi yardımları olmadan Ermənistanın mövcudluğu sual altında olar. Eyni zamanda Ermənistan iqtisadiyyatında 9,5 faiz tənəzzül gözlənilir. Halbuki, ilin əvvəlində bu rəqəmin 5 faizi keçməyəcəyi proqnozlaşdırılırdı.
Ermənistanın xarici borcu sürətlə artır
Bu ilin 3 ayı ərzində Ermənistanın aldığı borc ölkə büdcəsinin 27 faizini təşkil edib. İlin sonuna kimi bu rəqəmin 40 faizi ötəcəyi heç kimdə şübhə doğurmur. Lakin erməni iqtisadçılar gələcəyə ümidlə baxırlar. Belə ki, Ermənistan büdcəsinə 1 milyard dollar maliyyə yardımının ediləcəyi gözlənilir. Bu vəsaitin 500 milyon dollarını Rusiya verəcək. Vəsaitin digər yarısı isə beynəlxalq maliyyə qurumları tərəfindən ödəniləcək. Buna səbəb isə Ermənistan iqtisadiyyatının 70-75 faizinə Rusiyanın nəzarət etməsidir. İranın, beynəlxalq maliyyə qurumlarının da Ermənistan üzərindəki təsiri böyükdür. Ermənistan iqtisadiyyatı tədricən böyük dövlətlərin və beynəlxalq maliyyə qurumlarının nəzarətinə keçir. Həmçinin bu gün Ermənistan iqtisadiyyatının 55 faizinə Dağlıq Qarabağdan köçmüş 42 ailə nəzarət edir. Həmin ailələr Rusiyanın təsiri altındadır. Heç kimə sirr deyil ki, BVF ABŞ-ın iqtisadi siyasətini həyata keçirir. Təbii ki, BVF Ermənistana ABŞ-ın tövsiyəsi ilə yardım ayırır. ABŞ Ermənistan iqtisadiyyatını Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir.
ABŞ və Rusiya Ermənistanı öz kölələrinə çevirmək uğrunda mübarizə aparırlar
Bu gün dünyada fəaliyyət göstərən nəhəng maliyyə qurumları da Ermənistana kredit vermək üçün növbəyə düzülüblər. BVF Ermənistana müəyyən proqramlar çərçivəsində yardım ayırır. Azərbaycan bu yardımdan 15 il öncə yararlanıb. Bu isə onu deməyə əsas verir ki, Ermənistan iqtisadi cəhətdən Azərbaycandan 15 il arxada qalır. SSRİ-nin dağılması anından indiki ana qədər Ermənistan Rusiyanın "forpost"u rolunda çıxış edir. Azərbaycan torpaqlarının 20 faizindən çoxunu 17 ildən çoxdur ki, işğal altında saxlayır. Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətlərə olan ərazi iddiaları və siyasətin nəticəsi olaraq regionun inteqrasiya proseslərindən təcrid olunması məhz ABŞ-ın Cənubi Qafqaz siyasətinə böyük zərbələr vurur. Ermənistan ABŞ-ın Cənubi Qafqazda strateji maraqlarının təmin olunması üçün həyata keçirdiyi siyasətdə parçalayıcı rolu oynayır. Özündə Rusiyanın hərbi bazalarını saxlayaraq və Rusiyanın siyasi dəstəyinə arxalanaraq, işğalçılıq siyasətindən, əsassız ərazi iddialarından əl çəkməyir. ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən uzaqlaşdırmaq və Cənubi Qafqaz bütövlükdə Qərbə inteqrasiya etdirmək üçün siyasi səylər göstərir. Ermənistanı Avropaya yaxınlaşdırmaq məqsədilə Türkiyənin imkanlarından istifadə etmək məqsədi güdür. Lakin ABŞ-ın siyasəti səmərə vermir. Ermənistan istəsə belə Rusiyanın orbitindən çıxa bilmir
Tıq-tıq Ermənistanın İran sıçanı
İran işğalçı ölkəni iqtisadi böhrandan çıxarmağa çalışır. Belə ki, İranın Ermənistanın enerji sektoruna 680 milyon dollar sərmayə yatırması nəzərdə tutulur. İrəvan Tehranın yardımı ilə enerji təhlükəsizliyini möhkəmləndirmək niyyətindədir. Təməlqoyma mərasimi keçirilən Meğri Su Elektrik Stansiyasının tikintisi İranın 350 milyon dollar vəsaiti hesabına həyata keçiriləcək. İnşaat işlərini də İran tərəfi həyata keçirəcək. İran tərəfi Ermənistanda yeni ötürücü şəbəkənin inşasını da planlaşdırır. Bu layihənin ardınca iki ölkə arasında neft kəmərinin inşası da nəzərdə tutulur. Kəmər vasitəsilə İrandan Ermənistana benzin və dizel yanacağı daşınacaq. Rəsmi Tehran İrəvana azad ticarət razılaşmasını təklif edib. Bütün layihələrin reallaşmasına bu il ildən başlanacaq. İran Ermənistana etdikləri təmənnasızdır özdə.
Bu ilin əvvəlindən başlayaraq, Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri intensivləşib. Azərbaycanla İran arasındakı münasibətlər dost münasibətləri adlandırılsa da, rəsmi Tehran işğalçı ölkə ilə sıx əlaqələr qurur. Rusiya Ermənistana taxıl satışına qadağa qoyandan dərhal sonra İran Ermənistanı aclıq və səfalətdən qurtarmaq üçün İrəvana buğda satdı. Eyni zamanda İran-Ermənistan dəmiryolu layihəsində texniki işləri başa çatdırılıb. Bu nəqliyyat vasitəsi ilə həm hərbi, həm energetika, həm də atom-nüvə sahəsində avadanlıq daşımaq mümkündür. İlkin hesablamalara görə, bu xəttin dəyəri 2 milyard dollara bərabərdir. Qeyd edək ki, bu yolun uzunluğu 540 km-dir. Onun 480 km-i Ermənistan, 60-ı isə İran ərazisindən keçəcək. Bu yolla İran hakimiyyəti həm də Avropaya çıxmaq niyyətindədir.
AES-də dostluq
İran Ermənistana isti münasibəti o dərəcəyə çatıb ki, hətta yeni AES blokunun tikintisində Tehranın İrəvana maliyyə yardımı edəcəyi haqda xəbərlər də dolaşmaqdadır. Təbii ki, onların biri-birinə bu dərəcədə yaxınlığı, əməkdaşlığın genişləndirilməsinin boşuna olmadığı ehtimalı da az deyil. Ötən 20 ilə yaxın bir müddət ərzində qaçaq yolu ilə İrandan Ermənistana və əksinə marşrutla müxtəlif mallar, o cümlədən mənşəyi bəlli olmayan məhsullar da keçirilib. Belə qanunsuz ticarət əlaqələri zamanı İrəvandan Tehrana atom hərbi sahəyə dair avadanlığın ötürülüməməsinə təminat verən varmı? Nəzərə almaq lazımdır ki, sovetlərin dağılmağa başladığı ilk illərdə Moskva Cənubi Qafqazdakı hərbi texnika və bu sahədəki avadanlığı Ermənistana etibar edirdi. Bu ölkənin energetika naziri Armen Movsisyan bildirib ki, Buşəhr AES-də erməni atom mütəxəssisləri işləməyib.
Hələ Mahmud Əhmədinijat prezident olmazdan öncə İslam Respublikasının atom sahəsinə embarqo daha ciddi olduğu illərdə Rusiyanın İrana nüvə texnologiyasını Ermənistandan ötürdüyü haqda dünya mətbuatında, o cümlədən də Qərb KİV-də xəbərlər yayılmışdı. Bundan başqa, Ermənistanın verdiyi bu kimi bəyanatlar indiyə kimi nə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri, nə də ABŞ-ın uyğun qurumları tərəfindən yoxlanılmayıb. Yoxlama aparılmadığından belə ehtimal etmək olar ki, Buşəhr AES-in açılışında ABŞ-da maraqlı olub və Rusiya ilə birlikdə Ermənistandan İrana atom avadanlığını keçirilməsinə imkan verib. Son olaraq İranın əsl siması. Cox uzaqda olmayan keşmiş. İran parlamentinin nümayəndəsi Ermənistanın işğalçı siyasətini pisləsə də, İranın bu ölkədəki səfirliyi bu fikri təkzib etdi. Deməli, İran sözdə başqa, əməldə başqa siyasət yürüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB