Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında cari ilin 9 fevral tarixində keçiriləcək növbəti parlament seçkilərində YAP tərəfindən müşahidəçi təyin edilmiş şəxslərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova 9 fevral parlament seçkiləri və partiyanın seçkilərə hazırlığı ilə bağlı ətraflı məlumat verərək, müşahidəçilərin hüquq və vəzifələrindən danışıb. Bildirib ki, müşahidəçilər seçici siyahıları ilə tanış olmaq, seçicilərə seçki bülletenlərinin verilməsini müşahidə etmək, səsvermə günü seçki məntəqəsinə daxil olaraq prosesi izləmək, seçicilərin sayını, səs verilmiş və etibarsız hesab edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidələrinin nəticələrinin seçki komissiyasının protokolunda qeyd edilməsini tələb etmək və s. hüquqlara malikdirlər. P.Mahmudova müşahidəçilərin diqqətinə çatdırıb ki, səsvermə prosesində demokratiyanın tələblərinə uyğun obyektivliyin gözlənilməsi müşahidəçilərin riayət etməli olduqları başlıca vəzifələrdir. Bu baxımdan, onlar ayıq-sayıq olmalı, qanunun və seçicilərin hüquqlarının təminatına çalışmalıdırlar. Nizam-intizamlı olmalı, öz hüquq və vəzifələrindən irəli gələn məsələlərin həllində səmərəli surətdə keyfiyyətlə müşahidə aparmalıdırlar.
Görüşdə, həmçinin, birgə maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB