YAP Quba rayon təşkilatının yaradılmasının 27-ci ildönümü qeyd olunub

YAP Quba rayon təşkilatının yaradılmasının 27-ci ildönümü qeyd olunub

Dünən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yaradılmasının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Yeni Azərbaycan Partiyasının ölkəmizin çətin və böhranlı dövründə zərurətdən meydana gəldiyini qeyd edərək, partiyanın keçdiyi şərəfli yoldan danıb. Rayon təşkilatı sədri qeyd edib ki, YAP-ın yaradılması YAP Quba rayon təşkilatının yaradılması arasında qısa zaman kəsiyi olmuşdur. Belə ki, 1993-cü ilin yanvar ayının 16-da YAP Quba rayon təşkilatı yaradılmışdır: «YAP Quba rayon təşkilatı ötən dövr ərzində, partiyanın yaradıcısı Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarının təbliğ edilməsi istiqamətində ölkəmizdə uğurla həyata keçirilən ictimai-siyasi proseslərdə yaxından iştirak etmişdir. Bu gün, artıq fəxr və inamla deyə bilərik ki, YAP Quba rayon təşkilatı sağlam düşüncəli, partiyanın amalına sədaqətli, möhkəm əqidəli, Cənab Prezidentin daxili və xarici siyasətini başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 8494 nəfərdən artıq partiya üzvünü öz ətrafında birləşdirib».
Sonda partiya işində fərqləndiklərinə görə, bir qrup partiya üzvü YAP Quba rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib.

QUBADA MÜŞAHİDƏÇİLƏRLƏ TRENİNQ KEÇİRİLİB

Sonra 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə əlaqədar 52 saylı Quba seçki dairəsi və məntəqələrində səsvermə günü müşahidə aparacaq müşahidəçilərlə treninq keçirildi. YAP Quba rayon təşkilatının sədri Y.Abidov parlament seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verərək, qeyd etdi ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə ciddi hazırlaşıb və mərhələlər üzrə işlər davam etdirilir. Y.Abidov çıxışında seçki məntəqələrinə təyin edilmiş müşahidəçilərin vəzifələri barədə də ətraflı danışaraq, treninq iştirakçılarını məlumatlandırıb. O bildirib ki, parlament seçkilərinin yüksək standartlara uyğun, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin üzərinə böyük məsuliyyət düşür. Onu da, diqqətə çatdırıb ki, müşahidəçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq-vəzifələri və səlahiyyətləri var.
Treninq diskussiya şəklində keçirilib və iştirakçıları maraqlandıran suallara cavablar verilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə