"Mehriban xanım Türk və İslam dünyasında güclənən Azərbaycanın simvoludur" TÜRKİYƏLİ POLİTOLOQ

“Mehriban Əliyeva Türk və İslam dünyasında güclənən Azərbaycanın simvoludur”. Bu fikirləri SİA-ya açıqlamasında Türkiyəli politoloq, uzun illər qardaş ölkənin siyasətində aktiv şəkildə yer almış təcrübəli siyasətçi Cihat Rahmi Akar Azərbaycanda son dövrlərdə aparılan uğurlu siyasətin arxasında dayanan faktorlardan danışarkən deyib.

Politoloq qeyd edib ki, xüsusən 2019-cu ilin ilk günlərindən etibarən qardaş Azərbaycanın bütün sahələrində aparılan islahatların arxasında dayanan ən əsas faktor kimi ölkənin I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın fəaliyyəti göstərilə bilər.

C.Rahmi Akarın sözlərinə görə, bu islahatlar Azərbaycanın gələcəyi, işıqlı sabahı baxımından olduqca önəmlidir: “Ölkədə bütün sahələrdə son illərdə həyata keçirilən yeniliklər bizdə bir daha əminlik yaradır ki, Mehriban xanım Türk və İslam dünyasında güclənən Azərbaycanın simvoludur. Azərbaycanda gedən sürətli inkişlafı görməmək mümkün deyil. Hər dəfə qardaş ölkəyə gələndə bu rahatlıqla hiss olunur. Təkcə Bakıda yox, eləcə də Azərbaycanın bölgələrində də eyni şəkildə dinamik inkişaf var və bunu türklərə və İslama qarşı olan qüvvələr görmək istəməsələr də, xalq cənab Prezidentə, onun ətrafında olan qüvvələrə, xüsusən də Mehriban xanıma çox inanır. O inamın da özünəməxsus səbəblər var. Biz bilirik ki, Mehriban xanım gördüyü əməli işlərlə xalqın sevgisini qazanıb və böyüyən, güclənən Azərbaycanın hazırki inkişaf tempini əldə etməsində onun əməli fəaliyyəti danılmazdır”.

“Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqlik, novator yanaşma onun Azərbaycanın gələcəyindəki rolunu stimullaşdırır”, deyə qeyd edən türkiyəli siyasətçisi qeyd edib ki, sabaha inamla irəliləyən Azərbaycanın varlığını əbədi qılan ən önəmli aktorlardan olan Mehriban xanımın bütün Türk dünyası üçün qürur mənbəyi olduğunun fərqindəyik və aparılan islahatlarla Azərbaycanı bütün Şərqdə önə çıxaracağından da əminik.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə