"Rəsmi Vaşinqtonun hələlik İranla savaşmaq fikri yoxdur” ÖZƏL-MÖVQE
“ABŞ prezidenti Donald Trampın dünənki çıxışı qısaca desək, onu göstərdi ki, Qasım Süleymaninin öldürülməsi və məhz indi öldürülməsi, daha çox payızda keçiriləcək seçkilərə hesablanıb. Yəni ki, rəsmi Vaşinqtonun hələlik İranla savaşmaq fikri yoxdur”. Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.
Deputatın sözlərinə görə, İranın BMT-dəki daimi təmsilçisi Məcid Taxt-Rəvançının ölkəsinin ABŞ-ın İraqdakı iki bazasına heç bir hərbiçiyə xətər yetirmədən endirdiyi zərbələri Süleymaninin öldürülməsinə "proporsional" cavab kimi qiymətləndirməsi və əgər ABŞ dayansa, özlərinin də daha bu yöndə heç bir addım atmayacaqlarını bildirməsi, o deməkdir ki, qarşı tərəf də güclər nisbətinin dəqiq fərqindədir və ona da uyğun hərəkət edir: “Yaxşı ki, hələlik savaş təhlükəsi yoxdur, daha doğrusu göründüyü kimi yüksək deyil. Açığı mən elə belə də proqnozlaşdırırdım və bu həm də bir azərbaycanlı olaraq arzum idi. Biz bəzilərindən fərqli olaraq işğalçı Ermənistanı çıxmaqla qonşu ölkələrin hamısında əmin-amanlıq istəyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB