Bu gün və sabah hava küləkli olacaq

Bu gün və sabah hava küləkli olacaq
Martın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, cənub-qərb küləyi arabir güclənəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, axşam 5 dərəcəyə yaxın olacaq. Martın 26-da isə hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər arabir şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə