Elxan Şahinoğlu: “Bölgədə hər hansı bir qarşıdurma Rusiyanın özünün maraqlarına pis təsir edə bilər” - MÜNASİBƏT
"Rusiyanın vasitəçiliyi ilə baş tutan prezidentlərin görüşlərində heç bir nəticə yoxdursa, o, niyə belə fəaldır? Bunun bir neçə səbəbi var". Bu barədə SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, bölgə faktiki olaraq Rusiyaya bağlıdır. Amerikanın passivləşdiyini deyən politoloqun sözlərinə görə, Cənubi Qafqaz problemi Amerikanı o qədər də maraqlandırmır. O vurğulayıb ki, Rusiyanın fəallığına indi o qədər də ciddi yanaşmırlar.
"Digər bir məqam o ola bilər ki, Rusiya prosesləri nəzarətdə saxlamaq istəyir. Bölgədə hər hansı bir qarşıdurma Rusiyanın özünün maraqlarına pis təsir edə bilər. Cənubi Qazqazda vəziyyət normal deyil və burada başlayacaq hər hansı bir savaş istər-istəməz o bölgəni əhatə edə bilər. Belə bir şəraitdə ATƏT-in hazırki sədri Azərbaycana səfər etdi. Ancaq ATƏT sədri ildə bir dəfə seçilir. Belə dərin problemi bir ildə həll etmək mümkün deyil. Faktaraşdırıcı missiya ədalətli bir hesabat hazırlayıbsa, bu Azərbaycanın xeyrinə olan, erməni vəhşiliklərini açıb göstərən bir hesabat olmalıdır. ATƏT hər zaman "balans" axtarışındadır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB