Bu gün NATO PA-nın 76-cı "Rose-Roth" seminarı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Tiflisdə başlayan "Rose-Roth" seminarında NATO Parlament Assambleyasının prezidenti Karl Lamers, Gürcüstan rəhbərliyinin nümayəndələri, NATO PA-nın nümayəndə heyəti, Gürcüstanda akkreditə edilmiş diplomatik missiyaların rəhbərləri, Avropa İttifaqının Gürcüstandakı müşahidəçilər missiyasının rəhbəri Hans Yorq Haber, habelə ekspertlər iştirak edir.
Seminar zamanı həm qlobal məsələlər, həm də regiondakı vəziyyət, Gürcüstan-Rusiya münaqişəsi, Gürcüstanın Avropa və Avroatlantik qurumlara inteqrasiyası, Gürcüstanda demokratiyanın inkişafı, KİV və vətəndaş cəmiyyətinin rolu, korrupsiya ilə mübarizə və digər məsələlər müzakirə ediləcək.
Seminarda Azərbaycanı Milli Məclisin vitse-spikeri, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputat Siyavuş Novruzov təmsil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB