NATO səfirləri Liviyada hərbi planlaşdırmanı sürətləndirmək haqda qərar qəbul edib
Liviyaya beynəlxalq müdaxilənin bir neçə saat içərisində başlaması gözlənilir. Artıq hansı ölkələrin əməliyyatda iştirak edəcəyi bəlli olmağa başlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fransa və Norveç əməliyyatda iştirak edəcəyini açıqlayıb. Almaniya və Polşa isə hərbi əməliyyata müdaxilə etməyəcəyini bildirib.
Qətər Liviyada mülki vətəndaşları qorumaq üçün beynəlxalq təşəbbüsün içərisində yer ala biləcəyini bəyan edib. İngiltərənin hərbi təyyarələrinin isə Liviyaya ehtimal olunan müdaxilə üçün qalxacaqları hərbi bazalara doğru yola çıxmaq üzrə olduğu bildirilib. İngiltərənin xarici işlər naziri Devid Kemeron "Tornado" və "Typhoon" təyyarələrinin yaxın saatlarda hərəkət edəcəyini söyləyib.
Almaniyanın xarici işlər naziri Guido Vestervill bu gün Berlində verdiyi açıqlamada beynəlxalq əməliyyat tərəfdarı olan ölkələrin anladıqlarını, amma alman əgrələrinin müdaxiləsini istəmədiklərini, bu səbəbdən bitərəf qaldıqlarını bildirib.
Çin hökuməti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarla bağlı ciddi tərəddüdlərinin olduğunu bəyan edib.
NATO səfirləri isə bu gün BMT Təhlükəsizlik Şurasının qərarını müzakirə etmək üçün toplanıb. Brüsseldəki toplantıdan sonra adının açıqlanmasını istəməyən bir mənbə səfirlərin Liviyada mümkün hərbi əməliyyatla bağlı planlaşdırmanı sürətləndirmək haqda qərar qəbul etdiklərini deyib. NATO rəsmisi səfirlərin yaxın günlərdə yenidən toplanacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB