"Mən Prezidentin etimadını, ən başlıcası isə, mənə inanan və ümid bəsləyən insanların etimadını doğrultmalıyam"

"Mən Prezidentin etimadını, ən başlıcası isə, mənə inanan və ümid bəsləyən insanların etimadını doğrultmalıyam"

Azərbaycan dövlət idarəçiliyində ciddi rol oynayan, cəmiyyətin tərəqqisi naminə sosial layihələrin müəllif olan, yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətdə xeyriyyəçi, şəfqətlik, mərhəmət simvoluna çevrilən Mehriban Xanım Əliyeva əməli fəaliyyəti ilə müasir tariximizdə özünə məxsus yerə və rola malikdir. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun sədri, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə bir örnəyə çevrilib. Azərbaycan Respublikasının Prezidentinin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi, Ona göstərilən bir etimad oldu. Təbii ki, bu, Onun yüksək mənəvi keyfiyyətlərindən, işgüzarlığından və idarəetmə bacarığından irəli gəlirdi. Birinci vitse-prezident təyin olunandan bir neçə gün sonra Mehriban xanım "Rossiya 1" telekanalının "Vesti nedeli" proqramına müsahibəsində "Mən Prezidentin etimadını, ən başlıcası isə, mənə inanan və ümid bəsləyən insanların etimadını doğrultmalıyam" deyə bildirmişdi.
Dövlət başçısının məlum Sərəncamından, çox keçmir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə martın 9-da Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilir. Müşavirədə çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsinin yaşadığını və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımların atılmalı olduğunu bildirmişdi. "Ona görə bizim qarşımızda məqsəd durur ki, çox qısa zamanda, bu problemləri aradan qaldıraq və yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızı yeni mənzillərlə təmin edək" deyə Mehriban Əliyeva vurğulamışdı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 2017-ci il martın 9-da keçirilən müşavirə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuşdur. Həmin müşavirədə Mehriban Əliyeva görülən işlərlə nəzər salınmasının vacibliyi ilə yanaşı, mövcud problemlərin də olduğuna diqqət çəkmişdir. Belə ki, bu gün respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirmişdir. Həmin dövrdə respublika üzrə 636 min məcburi köçkündən 217 min nəfəri Bakı şəhərində müvəqqəti məskunlaşırdı. Paytaxtımızda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən, 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat və turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq qalmış binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayıdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva diqqətə çatdırılan mövcud problemlərin, qeyd olunan məsələnin qısa zamanda həll etmək üçün birgə çalışmağın vacibliyini vurğulamışdı: "Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir… Biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir".
Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub.
Məcburi köçkün ailələrinə Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində Birinci vitse-prezident çıxışında bildirmişdi ki, mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də, qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram: "Bu gün Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız binada və Xətai rayonunda yarımçıq tikilmiş binada məskunlaşmış 214 ailə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülür… Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. …Dövlətimiz bunun üçün əlindən gələni edir. Biz isə bu yolda birlik nümayiş etdirməliyik və inanmalıyıq ki, qarşımızda duran bütün məqsədlərə mütləq çatacağıq".
Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşıdırılması daim dövlətin xüsusi diqqət mərkəzindədir. Cari il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan "Qobu Park" yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı vurğuladığı kimi, "Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülüb, 300 mindən artıq insan evlə təmin olunub və təmin olunacaq. Son illərdə, mən görürəm ki, müsbət dinamika var. Əgər 2017-2018-ci illərdə 6126 mənzil təhvil verilibsə, bu il təkcə 1 il ərzində, 6 min mənzil təhvil veriləcək."
Verilən vədlər artıq həllini tapıb. Təməli ötən ilin sentyabrında qoyulan "Qobu Park-2" yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış, artıq 106-cı qəsəbə oldu. Yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən "Qobu Park-1" yaşayış kompleksinin yanında inşa edilib. Hazırda "Qobu Park-3" yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.
Dövlətimizin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Mehriban Əliyeva görüşlərinin birində belə deyib: "Bu günə qədər çox işlər görülüb…qaçqınımız, məcburi köçkünümüz mənzillə, evlə təmin olunub. Amma yenə də bu problem var. Biz gərək özümüz üçün proqram yaradaq ki, bütün bu məsələləri, ardıcıl olaraq həll edək və bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə təmin edək. Mən bu yolda əlimdən gələn hər şeyi etməyə hazıram".
Heç bir şübhə yoxdur ki, görülən işlər, davamlı səylər nəticəsində, ölkəmizin ərazi bütövlüyü yaxın zamanda bərpa ediləcək. İşğaldan azad olunacaq ərazilərdə Azərbaycan dövlətinin yenə öz imkanları hesabına həyat tamamilə yenidən qurulacaq, məcburi köçkün olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdaraq, doğma torpaqlarında yaşayacaqlar. Bu zaman onlar yenə dövlətin xüsusi qayğısı ilə əhatə ediləcək və bütün sosial problemləri öz həllini tapacaq. Buna hər kəs inanır və Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.

GENİŞMİQYASLI FƏALİYYƏTİ İLƏ DÖVLƏTLƏRARASI DOSTLUQ MÜNASİBƏTLƏRİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ MÜHÜM TÖHFƏLƏR VERİR

Artıq bir neçə gündən sonra yola salacağımı 2019-cu ildə Azərbaycan Birinci vitse-Prezidentin gördüyü işlərə nəzər salsaq, görərik ki, miqyası və əhəmiyyəti baxımından təqdirəlayiqdir. Bu ilin ilk ayında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşü dövlətələrarası dostluq münasibətlərinin daha da dərinləşməsinə öz töhfəsini verib. Nikola Sarkozinin prezidentlik fəaliyyəti dövründə Fransa-Azərbaycan əlaqələrinin uğurlu inkişafında xanım Mehriban Əliyevanın rolunu qeyd etməliyik. Mehriban Əliyevanın Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də, Heydər Əliyev Fondu tərəfindən Fransada mühüm humanitar layihələrin həyata keçirilməsi əməkdaşlığın daha da möhkəmlənməsi işinə böyük töhfə verib.
Cari ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gürcüstan Prezidenti Salome Zurabişvili ilə, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə, Fransa Senatının sədri Jerar Larşe ilə, Fransa Milli Assambleyasının sədri Rişar Ferran ilə və digər görüşləri, eləcə də, səfərləri Azərbaycan ilə dünya ölkələri arasında müxəlif sahələri əhatə edən əlaqələrin qurulması və daha da genişlənməsində mühüm rol oynayıb. Bu sırada Azərbaycan Rusiya ələqələnin inkişafında Mehriban Əliyevanın fəaliyyətini vurğulamaq mütləqdir. Cari il noyabrın 21-25-də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri də iki ölkə arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ənənələrinə söykənərək, inkişaf etdiyini bir daha göstərdi. Başlıcası isə, təsdiq olundu ki, Azərbaycan Rusiyanın həm strateji, həm də Cənubi Qafqazdakı əsas siyasi-iqtisadi müttəfiqidir. Səfər çərçivəsində Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidmətlərinə görə, Mehriban xanım Əliyevaya Prezident Vladimir Putin tərəfindən "Dostluq" ordeni təqdim edildi. Bu, əlbəttə ki, Birinci vitse-prezidentin çoxşaxəli fəaliyyətinə verilən növbəti böyük dəyər idi. Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmə təqdimində əvəzsiz rol oynayan Mehriban xanım Əliyeva genişmiqyaslı fəaliyyəti ilə dövlətlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsinə də mühüm töhfələr verir.
Mehriban xanım Əliyevanın Rusiyaya səfəri çərçivəsində keçirilən görüşlər, X Azərbaycan–Rusiya Regionlararası Forumunda, XTNS-də "Azərbyacan" pavilyonunun açılışı göstərdi ki, həqiqətən də, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq, mehriban qonşuluq və səmimi dostluğun nəticəsidir. Mehriban Əliyevanın Rusiyanın Baş naziri Dmitri Medvedev ilə keçirdiyi görüş, Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlar müsbət töhfələr verir. Bu və ya digər görüşlər Azərbaycanla Rusiya arasında bütün parametrlər üzrə çox sıx siyasi dialoq mühitinin formalaşmasından xəbər verir.
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda da iştirak etdi. Forumda çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva "Rusiya və Azərbaycan prezidentlərinin siyasi iradəsi, onların birgə səyləri sayəsində, bu gün bizim əməkdaşlığımız strateji tərəfdaşlıq xarakteri kəsb edib" deyə bildirmişdi: "Dövlət başçılarının sıx dostluq münasibətləri, qarşılıqlı səfərləri, müntəzəm görüşləri həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafına xüsusi dinamika verir. Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında çoxcəhətli tərəfdaşlıq, praktiki olaraq, bütün sahələri əhatə edir. Möhkəm ikitərəfli müqavilə-hüquqi baza yaradılıb, 200-dən çox sənəd imzalanıb". Mehriban xanımın səfəri çərçivəsində yadda qalan məqamlardan biri də Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun bərpa edildikdən sonra açılışı idi.
Onun işgüzar səfərləri, ziyarətləri gərgin fəaliyyətini əks etdirir. Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan fəaliyyəti ölkəmizin dünyada sülhün və firavanlığın carçısı kimi tanınmasında çox böyük rol oynayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə