Azərbaycan parlamentinin üzvü AŞ PA-nın sosial, sağlamlıq və ailə işləri komitəsinin iclasında iştirak edəcək
Milli Məclisin üzvü Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial, sağlamlıq və ailə işləri komitəsinin iclasında iştirak etmək üçün martın 21-də Parisə yola düşəcək. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İclasın gündəliyinə gənclərin artıq çəkidən, şəkərli diabetdən qorunması, Avropada kimsəsiz uşaqların taleyi, onların cinsi zorakılığa məruz qalmasına qarşı tədbirlər, yoxsulluğun aradan qaldırılması və digər məsələlər daxil edilmişdir.
Millət vəkili müzakirələr zamanı məsələlərə öz münasibətini bildirəcək. Səfər martın 23-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB