Yaxın Şərq və Şimali Afrikadakı geosiyasi qeyri-sabitlik "qara qızıl"ın qiymətinə təsir edib. SİA-nın xəbərinə görə, London birjasında "Brent Crude Oil" markalı neftin bir bareli 4,30 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 114,9 təşkil edib.
Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 3,44 dollar artaraq, 101,42 dollara çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB