Ermənistan parlamentinin yaz sessiyasında olduqca fırtınalı bir başlanğıc gözlənilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Qəzet öz mənbələrinə istinadən yazır ki, Ermənistan parlamentinin yaz sessiyasının başlanğıcı olduqca qızğın və fırtınalı olacaq. Bu, ilk növbədə bir ildən çoxdur ictimai diqqət mərkəzində olan və müxtəlif rəy və tənqidlərin səbəbi olmuş İstanbul Konvensiyasının ratifikasiya prosesi ilə əlaqədardır.
Məlumata görə, məhz bu sazişin təsdiqlənməsi səbəbindən Nikol Paşinyanın hazırkı mərhələdə Daniel Ioannisyanı İctimai Şuranın üzvü etməklə birinci pilləyə qaldırıb. Nəşrin mənbəyinə görə, çox güman ki, yanvarın son həftəsində İoannisyanın əsas rol oynayacağı parlament dinləmələri keçiriləcək.
Qəzetin yazdığına görə, bu məsələ ilə bağlı ciddi daxili fikir ayrılıqlarına baxmayaraq, hakim partiya konvensiyanın nəyin bahasına olursa olsun ratifikasiyasını təmin edəcək, çünki cəmiyyətin böyük əksəriyyətinin bu konvensiyaya qarşı mənfi münasibətinə baxmayaraq, dəqiq bir siyasi qərar qəbul edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB