Hökumət investisiya qoyuluşunun olmamasının səbəblərini təhlil belə etməyə çalışmır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Xristian Demokrat Partiyasının sədri Xosrov Arutyunyan bu gün jurnalistlərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə 2019-cu ilin birinci yarısında investisiyaların həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 5 dəfə azdır və bu, sadəcə investisiya axınının olmadığını göstərir.
“Nəinki lazımi həcmdə investisiyalarımızın olmaması, eyni zamanda hökumətin bunun səbəblərini təhlil etməyə belə çalışmaması bizi narahat edir. Bunun əvəzinə bu vəziyyəti hər hansı bir şəkildə daha da gərginləşdirməyə çalışırlar. Bu gün xəritədə Ermənistanın yerini belə bilməyən milyonlarla potensial investor var. Səfirlərimiz bu gün sərmayə qoyuluşu üçün çalışmırlar və belə bir sifariş də almırlar. Hətta diaspor erməniləri də Ermənistana investisiya qoymur”, deyə Xosrov Arutyunyan bildirib.
Partiya sədrinin sözlərinə görə, Ermənistanda bu gün ölkəyə sərmayə cəlb etməklə məşğul ola biləcək bir sistem yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB