Bu gün 10 böyük şəhərdə etiraz aksiyaları keçiriləcək Hindistanda
Bu gün Hindistanın ən azı 10 böyük şəhərində vətəndaşlıq haqqında qanuna düzəlişlərin qəbul edilməsinə qarşı geniş etiraz aksiyaları keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nümayişlərin Mumbay, Çennai, Pune, Haydarabad, Kalkutta və başqa şəhərlərdə keçiriljməsi nəzərdə tutulur. Bununla yanaşı paytaxt Dehlidə etirazların keçirilməsi planlaşdırılsa da, hakimiyyət buna icazə verməyib. Xatırladaq ki, ötən həftənin əvvəlində Laknau Universitetində böyük bir mitinq üçün şəhər mərkəzinə girməyə çalışan tələbələrlə polis arasında qarşıdurma yaşanıb.
Bu məhdudiyyətlər Karnataka və Hindistanın yüksək texnoloji sənaye mərkəzi olan Bangaloraya və Uttar Pradeşin paytaxtı Luknova da təsir edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB