Korrupsiya cinayətlərinin sayı Ermənistanda durmadan artır

Son 11 ayda Ermənistanın təkcə Araqatsotn bölgəsində 22 korrupsiya cinayət hadisəsi qeydə alınıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, bu ilin 11 ayı ərzində Ermənistan Respublikasının Araqasotn Marz bölgəsində korrupsiyaya qarşı aparılan hüquqi mübarizə kontekstində 22 korrupsiya cinayət hadisəsi qeydə alınmışdır ki, bunlardan 4-ü təhsil müəssisələrində, 18-i isə yerli idarəetmə orqanlarında olmuşdur.
Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsində bildirildiyi kimi, 21 cinayət işi açılıb və vurulan ziyan faktı üzrə 1 işə xitam verilib. Əvvəlki illərdə təxminən 25,2 milyon dram təşkil edən korrupsiya cinayətlərinin açılması təmin edilib.
Ekoloji qanunvericiliyə və suvarma suyu ilə təmin olunma vəziyyətinə də baxılıb. Nəticədə, 2018-ci il üçün məsul şəxsi olan Marz Prokuroru, Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsinin 3-cü hissəsinin 1-ci bəndinə əsasən, həddindən artıq su itkisi səbəbiylə 72 milyon dramlıq oğurluq iddiası ilə cinayət işi açılıb, iş istintaqa göndərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...