Ermənistanda hökumət əleyhinə aksiyalar başlayıb

Ermənistanda hökumət əleyhinə aksiyalar başlayıb

Yenə də əsgər anaları Ermənistan hökumətinə qarşı aksiyaya başlayıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, ölən əsgərlərin anaları hal-hazırda Ermənistanın hökumət binası yaxınlığında etiraz edirlər.

Məlumatda qeyd olunur ki, ölən əsgərlərin valideynləri narazılıqlarını ifadə etmək və hesabat tələb etmək məqsədi ilə toplaşıblar. Ölən əsgərlərin valideynləri hüquq-mühafizə orqanlarının övladlarının ölüm səbəblərini açıqlamaq üçün addım atmadığından şikayətlənir, narazılıqlarını bildirirlər. Qeyd edək ki, ölən əsgər analarının keçirdiyi bu aksiya Ermənistanda, xüsusən də Ermənistanın hökumət binası qarşısında birinci aksiya deyil və artıq vaxtaşırı əsgər anaları Paşinyan hakimiyyətindən izahat, açıqlama, hesabat tələb edib. Məhz bu narazılıq səbəbindən də onlar hökumət binası qarşısında etiraz edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə