“Küçələrdən mübarizəni yığışdır və buyur seçkilərə” RƏY-ÖZƏL

"“Milli Şura” və AXCP-nin parlament seçkilərinə qatılmaması heç nəyi dəyişməyəcək". Bunu SİA-ya açıqlamasında “Olayla” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Onun sözlərinə görə, çünki, onlar cəmiyyətdə heç bir sosial dayağa malik deyillər: "Bu baxımdan seçkilər tam şəkildə azad və demokratik şəraitdə keçiriləcək. Məsələ ondadır ki, adları çəkilən şəxslər əvvəllər yeni seçkilər tələb edirdilər. Artıq seçkilər müəyyən olunub, yəni 2020-ci ilin fevralın 9-da parlament seçkiləri keçiriləcək. Ancaq yenə bəhanə gətirirlər, müəyyən bir şərtlər qoyurlar, onlar tərəfindən qoyulan bur şərtlərin əsası da yoxdur. Bir sözlə, adları çəkilən şəxslər seçki mübarizəsi aparmaq istəyirlərsə buyursunlar, Yəni küçələrdən mübarizəni yığışdır və buyur seçkilərə. Müəyyən insanlar var ki, ölkədə qarışıqlıq yaratmaq, xaos yaratmaq və bu xaosun içində bulanıq suda balıq tutmaq arzuları var. Yəni seçkilər yolu ilə yox, qanunun tənzimlənməsi yolu ilə yox, xaosla hansısa bir məqsədə nail olmaq istəyənlər var. Bu məkrli niyyətin həyata keçirilməsi istəyində hansısa xarici qüvvələrin göstərişi var. Bu da təəssüfedici bir haldır. Əgər AXCP və “Milli Şura” liderləri “boykot”a çağıran fikirlər səsləndirməyə başlayıblarsa deməli məğlub olduqlarını qəbul ediblər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...