Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırılıb

İşdən azad olunma səbəbindən Ermənistanın baş nazirinə qarşı məhkəməyə müraciət edilib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Datalex” məhkəmə informasiya sistemi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistanın Təbiət və Mineral Ehtiyatların Mühafizəsi üzrə Müfəttişliyinin keçmiş müavini İqor Sarkisyan baş nazir Nikol Paşinyana qarşı iddia qaldırıb.

Dataleks-ə görə, Sarkisyan bir neçə ay əvvəl baş nazirin onu vəzifədən azad etdiyi barədə qərarın etibarsız sayılmasını tələb edir. Beləliklə, qanuni nəticə olaraq keçmiş vəzifəli şəxs onun yenidən bərpa edilməsini tələbi ilə çıxış edir.

İddia tələbi məhkəmədə baxılması üçün qəbul edilib və iş inzibati məhkəmənin hakimi Daniel Danielyana tapşırılıb.

Xatırladaq ki, İqor Sarkisyan baş nazirin 23 oktyabr tarixli qərarı ilə vəzifəsindən azad edilib. Sarkisyanla birlikdə bu qurumun başqa bir müavini Armen Akobyan da işdən çıxarılıb.

Onu da qeyd edək ki, rəsmi hesabatın rədd edilməsi üçün heç bir səbəb yox idi, lakin Ermənistana məxsus KİV-lərdə Sarkisyanın çıxarılmasının Ermənistanda Amulsar qızıl filiz yatağının işlənməsi ilə əlaqədar yaranan problemlərlə əlaqəli olduğu barədə fikirlər səslənib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...