“Müxaliflər özləri özlərini aldatmaqla məşğul olurlar” RƏY - ÖZƏL

"Müxalifət düşərgəsini təmsil edən bu şəxslər hələ də “boykot”la seçkidə iştirak etməməyin fərqini anlaya bilmirlər". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, seçkidə iştirak etməmək hər bir siyasi təşkilatın müstəqil hüququdur: "Amma adları çəkilən bu şəxslər uzun illərdir ölkədə keçirilən bütün seçkilərə qatılıblar, amma hər dəfə də uğursuzluğa düçar olublar. Çünki onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Bu baxımdan da, sözügedən şəxslər çox gözəl bilirlər ki, onlar bu seçkilərə qatılsalar da heç nə əldə edə bilməyəcəklər. Bir sözlə, bütün seçkilərdə olduğu kimi bu seçkilərdə də onların qalıb olmaq şansları sıfıra bərabərdir. Müxalifət hər zaman yersiz hərəkətlərə əl ataraq xaricdən özlərinə dəstək axtarmaqla məşğul olub. Çünki həmin o müxalifət təmsilçiləri çox gözəl bilirlər ki, onlara xalqımızın, cəmiyyətimizin heç bir siyasi dəstəyi yoxdur. Yaxşı olardı ki, müxalifət bu gün boş-boş hərəkətlərlə məşğul olmaqdan əl çəksin. Çünki müxaliflər özləri özlərini aldatmaqla məşğul olurlar. müxalifət düşərgəsində təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən xəyallarla yaşayaraq ümid edirlər ki, nə vaxtısa onlar da nəyə isə nail ola biləcəklər. Onların bu arzularının həyata keçməsi mümkün deyil. Yəni, müxalifət liderləri başa düşürlər ki, uğursuzluğa düçar olublar və bu uğursuzluqdan çıxmaları da mümükünsüzdür".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə