Azərbaycanın qiymətli sənət əsərlərinin ölkədən çıxarılmasının qarşısı alınıb
Azərbaycanın qiymətli sənət əsərlərinin ölkədən çıxarılmasının qarşısı alınıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatında bildirilir. Hesabatda qeyd olunub ki, qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində qanunsuz silah dövriyyəsinə və qaçaqmalçılığına görə ötən il 16 nəfər həbs edilib. Onlardan çoxlu sayda odlu silah və partlayıcı qurğu aşkar edilərək götürülüb.
Bundan başqa, külli miqdarda qiymətli metalın və daş-qaşın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin, habelə, Azərbaycanın mədəni sərvəti olan rəsm əsərlərinin ölkələrdən çıxarılmasının qarşısı alınıb. Ümumilikdə qaçaqmalçılıq faktları ilə bağlı 11 cinayət işi başlanıb, 29 nəfər məsuliyyətə cəlb ediliblər. Həmin şəxslərdən 1 nəfər Rusiya, 1 nəfər Ukrayna, 2 nəfər Belarus, 3 nəfəri isə İran vətəndaşıdır.
Eyni zamanda Ötən il polis əməkdaşlarının qeyri-etik davranışları ilə bağlı Daxili İşlər Nazirliyinə 125 müraciət daxil olub. Nazirliyin internet saytı, elektron poçtu, "qaynar xətt"i, həmçinin, "102" xidməti vasitəsilə vətəndaşlara polis əməkdaşları ilə bağlı şikayət etmək üçün şərait yaradılıb. Polis əməkdaşlarının qeyri-etik davranışları ilə bağlı vətəndaşlar tərəfindən daxil olan 125 müraciət xüsusi nəzarətə götürülərək araşdırılıb. Təsdiqini tapmış faktlar üzrə 15 polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB