Hökumət "İlaxır Çərşənbəsi"ndə hesabat verir - PARLAMENT

Hökumət "İlaxır Çərşənbəsi"ndə hesabat verir - PARLAMENT

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, Baş nazir Artur Rəsizadə və hökumət üzvləri Nazirlər Kabinetinin 2010-cu il üzrə hesabatını təqdim etmək üçün parlamentin iclasında iştirak edirlər. İclasda spiker Oqtay Əsədov Azərbaycan xalqını, millət vəkillərini İlaxır Çərşənbəsi və Novruz Bayramı münasibəti ilə təbrik edib və bildirib ki, gündəlikdəki məsələ hökumətin ötən il üçün hazırlanan hesabatıdır.

 

O, hökümətin hesabatının yüksək səviyyədə hazırlandığını bildirib. "Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyəti yüksək səviyyədədir. Azərbaycan dünyanın 140-dan çox ölkəsi ilə 28 milyard dollarlıq ticarət dövriyyəsi var. Ötən il iqtisadi göstəricilərə görə, Azərbaycan MDB-də I yeri, makroiqtisadi göstəricilərin inkişafına görə, isə dünyada 139 ölkə arasında XII yeri tutub. Ötən ilə görə, investisiya yatırımı üçün Azərbaycan ən cəlbedici ölkələrdən olub. Azərbaycanın valyuta ehtiyatları 30 milyard dolları keçib, inflyasiya 5,7 faiz səviyyəsində olub", - deyə, spiker vurğulayıb. Sonra Azərbaycanın Baş naziri Artur Rəsızadə millət vəkilləri qarşısında hökumətin hesabatını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə