Bu gündən etibarən sınaq imtahanlarına yazılış başlanır

Bu gündən etibarən sınaq imtahanlarına yazılış başlanır
Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də və 10-da növbəti sınaq imtahanları keçirəcək. SİA-nın xəbərinə görə, bu imtahanlarda yeni–2 nömrəli test kitabçalarından istifadə olunacaq. Bu gündən etibarən isə sınaq imtahanlarına yazılış başlanır. Belə ki, həmin imtahanda iştirak etmək istəyən abituriyentlər bugün saat 11:00-dan etibarən komissiyanın internet saytının müvafiq səhifəsinə (www.tqdk.gov.az/sinaq) daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar. Həmin səhifədə imtahanların keçiriləcəyi yerlərin siyahısı göstəriləcək.

Ödəmə kartlarını TQDK-nın "Abituriyent" satış köşkündən, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə etmək olar. Abituriyentlər ödəmə kartlarını elektron formada da əldə edə bilərlər. Belə ki, "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə