"Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır" RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin artıq illərdir ki, ənənəvi şəkil almış regionlara səfəri, bu səfərlər zamanı sadə vətəndaşlarla görüşü, heç bir seçim olmadan onlarla söhbəti, ünsiyyəti, problemləri ilə maraqlanması, həmin problemlərin həlli istqamətində yerindəcə göstəriş verməsi, verilən tapşırıqların necə icra olunması ilə şəxsən maraqlanması vəzifəli insanlar üçün bir nümunəvi addımdır”. Bu fikirləri SİA-ya açıqlamasında deputat Elman Məmmədov deyib.

O bildirib ki, Ölkə başçısı tərəfindən adılan addım digər vəzifəli şəxslərdə də məsuliyyət yaradır: “Onlar anlayır ki, dövlət başçısı verdiyi tapşırıqların necə icra olunduğu ilə maraqlanacaq. Ötən gün Prezident İlham Əliyevin Şamaxıya səfəri, orada vətəndaşlarla görüşü, onların problemləri ilə maraqlanması, eləcə də müxtəlif açılışlarda iştirak etməsi dövlət siyasətinin əsas məqsədində vətəndaş amilinin dayandığını deməyə əsas verir”.

E. Məmmədov söyləyib ki, ölkə başçısı dəfələrlə çıxışlarında da qeyd edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ölkənin inkişafına, müstəqilliyimizin daha da möhkəmlənməsinə, eləcə də vətəndaşlarımızın sosial durumunun, maddi rifah halının daha da yüksəlməsinə istiqamətlənib: “Qarşıya qoyulan tələbələr, vəzifələr, həyata keçirilən fəaliyyət, verilən tapşırıqlar, dövlət proqramları, yol xəritələri bir məqsədə xidmət edir ki, bu da dövlətimizin daha da güclü olması, xalqımızın daha da yaxşı yaşamasından ibarətdir. Cənab Prezidentin məqsədi, qarşıya qoyulan tələbələr, görülən işlər bundan ibarətdir”.

Depuatat qeyd edib ki, Prezident İlham Əliyev söylədiyi bütün fikirləri öz fəaliyyəti, həyata keçirdiyi siyasətlə sübut edir: “Bu da bizi çox sevindirir. Çünki ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi var. Bu da təbii ki, Azərbaycanda sabitliyin, stabilliyin möhkəm, dayanıqlı olmasına, iqtisadiyyatımzın, hərbi qüdrətimizin daha da güclənməsinə əsaslanır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə