Parisdə etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb

Parisdə keçirilən etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayı 90 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bununla yanaşı yaralılar olduğu deyilir.

Xatırladaq ki, ötən gün Fransadakı ən böyük birliklər Parisdə pensiya islahatlarına qarşı kütləvi yürüş keçiriblər. Etirazçılar “Vostoçnıy” qatar stansiyasından Millət Meydanına doğru yürüş ediblər. Paytaxta altı min polis və jandarma səfərbər edilib.

Etirazçılar pəncərələri döyməyə, odlu silah və partlayıcı paketlər atmağa başlayıblar. Buna cavab olaraq isə polis gözyaşardıcı qazdan istifadə edib.

Aksiya iştirakçılarının şinləri yandırması nəticəsində meydan və qonşu küçələr tüstüyə bürünüb. On minlərlə insan küçələrə axışıb və nəticədə avtomobillərin hərəkəti iflic olub. Yoldan keçənlər bir-birlərinə tibbi yardım göstərməyə çalışıblar.

Məlumata görə, Fransanın Nantes və Bordo şəhərlərində etirazlar iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunur, hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə