“Müxalifət qaragüruhçu mübarizə yoluna üstünlük verir” RƏY-ÖZƏL

"Dağıdıcı müxalifət sivil siyasi mübarizə yoluna deyil, qeyri-sivil, qaragüruhçu mübarizə yoluna üstünlük verir". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, cəmiyyətlərdə siyasi müxalifət daha çox seçkilərə və bu seçkilərdə qələbəyə can atmağa üstünlük verirsə, bizim qaragüruhçu müxalifətimiz bundan açıq-aşkar qorxur: "Bu da təbiidir. Çünki xalq arasında nüfuzu, elektoratı olmayan hər bir siyasi qüvvə seçkilərdə məğlub olacağını əvvəlcədən bilir və ona görə də seçkilərə getməkdən ehtiyatlanır. Belə siyasi müxalifət(əslində onları siyasi biznesmen adlandırmaq daha doğrudur),fəaliyyətlərini yalnız müxaliflik fonu yaratmaq, bununla Azərbaycanın inkişafını istəməyən həm xarici, həm də daxili qüvvələrin maliyyəsindən yararlanmaq yolu seçirlər. Ona görə də onlar xalqın içinə getmək, xalqın dəstəyini qazanmaq əvəzinə ya şimala, ya cənuba, əsasən də qərbə üz tuturlar. Belə də cəmiyyət içərisində heç bir siyasi divident qazana bilmirlər və nəticədə istənilən seçkilərdə məğlubiyyətlərini bildiklərindən müxtəlif bəhanələrlə özlərini sığortalamağa çalışırlar. Baxın, yaxın günlərdə ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Bir neçə müxalif partiya seçkilərdə namizədləri ilə iştirak etsələr də, ümumilikdə bu düşərgədə belə mühüm kompaniyaya bir soyuq münasibət izləyirik. Halbuki, müxalifət qələbəyə doğru addımlarını məhz aşağı qurumlara keçirilən seçkilərdə yerlər qazanmaqla başlamalıdır. Amma bunlar elə mövqe tutublar ki, sanki heç bu ölkədə belə bir mühüm seçki keçirilmir. Yenə səbəb odur ki, hətta bələdiyyələrdə belə xalqın onlara etimad göstərməyəcəyini yaxşı bilirlər. Ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyası məhz özü növbədənkənar seçkilərin keçirilməsini istədiyi halda, siyasi opponentlərin indiki yanaşması, sadəcə gülüş doğurur. Hələ seçkilərin keçirilməsi vaxtı müəyyən edilmədiyi halda, indidən bəzi partiyaların iştrak etməyəcəyi haqqında bəyanatlar səsləndirməsi də, yuxarıda sadaladığım faktorlarla bağlıdır. Hələ boykotun nə olduğunu anlamayan bəzi siyasilər utanmadan seçkiləri boykot etmək haqqında da fikirlər səsləndirirlər. Bu siyasət dəllalları hələ də anlamırlar ki, seçkiləri o siyasi qüvvə boykot edə bilər ki, onun cəmiyyətdəki nüfuzu hakimiyyətdə olan siyasi qüvvənin nüfuzundan artıq olsun. Bizdə isə indiki halda bunu demək, sadəcə haqqı və reallığı danmaq olardı. Bunlara küçələrdə çığır-bağır salıb ağalarından pul qoparmaq lazımdı, onu da edirlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...