Prezidentinin həyata keçirdiyi tədbirlər iqtisadi inkişafa öz töfələrini verir ÖZƏL-MÜNASİBƏT
İsrər Ümumi Daxili Məhsulun artımı, istər qeyri-neft sektorunda artım, istər sənaye potensialının artımı, istər kənd təsərrüfatında 7 faizli artım, kənd təsərrüfatının inkişafı göstərir ki, ölkədə iqtisadi siyasət çox düzgün həyata keçirilir, ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər öz bəhrələrini verməkdədir. Bir sözlə, Prezidentinin həyata keçirdiyi tədbirlər iqtisadi inkişafa öz töfələrini verir. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Sözsüz ki, bu da sistemli bir xarakter daşıyır. Çünki, ölkədə iqtisadi islahatların həyata keçirilməsilə əlaqədar, regionların sosial-iqtisadi inkişafının həyata keçirilməsi ilə əlaqədar sistemli proqramlar qəbul olunub. Bütün bunlar hamısı bir-birini tamamladığına görə artıq iqtisadi göstəricilər belə yüksək nəticələr verib. Bunu nəinki bizim yerli analitiklər qiymətləndirirlər, eyni zamanda bütün beynəlxalq maliyyə qurumları da bu haqda yüksək fikirdədirlər. Ölkə rəhbəri Davosda iştirak edərkən orada Azərbaycanın iqtisadi nailiyyətləri, iqtisadi inkişafı həqiqətən yüksək qiymətləndirilib. Azərbaycanın dünyada islahat keçirən 20 ölkə arasında olması, digər tərəfdən, Azərbaycanda son dövrlərdə həyata keçirilən iqtisadi islahatlara qiymət verilməsi göstərir ki, bu yol uğurludur və bu yol bundan sonra da inkişaf etdiriləcək. Artıq neft sektorundan asılılıq xeyli dərəcədə aradan qaldırılıb. Artıq qeyri-neft sektoru inkişaf etməkdədir. Xüsusilə kənd təsərrüfatı inkişafdadır. Fikir verin ki, Azərbaycan artıq 2 milyondan artıq buğda istehsal edib. Eləcə də taxıl istehsalı 3 milyon tondan artıqdır. Bizdə bu il artıq 300 min tona yaxın pambıq istehsal olunub ki, bu çox yüksək göstəricidir. Hər hektardan məhsuldarlıq keçən illə müqaisədə 12 sentner artıb. Barama istehsalı bir neçə dəfə artıb. Üzüm istehsalında artım var, tərəvəz istehsalında artım var. Ümumiyyətlə Azərbaycan tarixən aqrar bir ölkə olduğu üçün bu gün də kənd təsərrüfatının inkişafı çox vacibdir. Kənd təsərrüfatının inkişafı iqtisadiyyatın yüksəlişi üçün, həm də məşğulluğun təminatı üçün çox lazımlıdır. Əhalinin bizdə artıq 49 faizi kəndlərdə və regionlarda yaşayır ki, əgər bu adamların məşğulluğu varsa, deməli, bu işlə təminat deməkdir. Digər tərəfdən, bu adamlar əgər məşğuldursa, deməli, burada kənd təsərrüfatı artımı gözlənilir. Sözsüz ki, kənd təsərrüfatının özündə də çox ciddi islahatlar keçirilir. Yeni texnologiyalar, yeni üsullar tətbiq olunur və bu tətbiq olunma ilə əlaqədar toxumçuluğun yaxşılaşdırılması, onun sənaye potensialı üzərinə keçirilməsi, yerlərdə emal müəssisələrinin yaradılması əlbəttə ki, kənd təsərrüfatının da inkişafına böyük bir təkan verir. Ölkə iqtisadiyyatı sürətlə inkişaf etməkdədir və əlbəttə ki, bu dünya ilə müqaisədə bizim yüksək göstəricimizdir. Çünki, bir çox Avropa ölkələrində bu anda iqtisadiyyatda müəyyən geriləmələr var. Onların istər bank sistemində, istər təsərrüfat sahələrində, istərsə də emal sahələrində müəyyən geriləmələr müşahidə olunur. Amma çox yaxşı haldır ki, Azərbaycanda biz bunu hiss eləmirik. Azərbaycan indi dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Bu ölkə rəhbərinin həyata keçirdiyi o tədbirlərdir, o siyasi xətdir, Ulu Öndərin qoyduğu o xətdir ki, həmin xətdə əməl olunması, həmrəhylik, yəni, vətəndaş, ölkə rəhbəri birliyi bizə təminat yaradır ki, gələcəkdə də Azərbaycanda iqtisadiyyat sürətlə inkişaf eləsin.
Ölkə rəhbəri bütün müşavirələrdə sahibkarlığın inkişafını önəmli bir vəzifə kimi qarşıya qoyur ki, Azərbaycanda sahibkarlıq inkişaf etsin. İndi ölkəmizdə sahibkarlığa heç bir maneyə ola bilməz. Bu da nəticələrdə özünü göstərir. Bu gün təsərrüfatla məşğul olan taxılçılıq, pambıqçılıq, baramaçılıq təsərrüfatlarına güzəştli şərtlərlə kreditlər verilir. Bunlara müəyyən subvensiyalar ayrılır. Pambıq əkən insan heç bir zəhmət çəkmədən texnikanı da götürür, toxumu da götürür, gübrəni də götürür, pambıqyığanı da götürür və hamısını istifadə eləyir və yekinda onun məhsulundan həmin xərclər çıxılır. Bir manat bu sahibkar sərf eləmir. Digər tərəfdən əlavə vəsaitlər kartlara ayrılır və imkan verilir ki, lazım olan istiqamətlərdə müəyyən xərcləri təmin olunsun. Məsələn, baramaçılıqda əgər şirkətlər hər kiloqramına 4 mantdan ödəyirsə, dövlət artıq 5 manatdan ödəyir ki, sahibkarın buna marağı olsun. Taxılçılıqda da belədir, pambıqçılıqda da belədir. Bağçılığın salınmasında indi artıq müəyyən güzəştlər tətbiq olundu və artıq hər hektar bağa 600 manat əlavə pul verilir ki, insanlar bununla məşğul olsun. Pambıqçılıqda da və digər butün sahələrdə də bu güzəştlər artırıldı və əlbətdə ki, bu da insanlarda çox böyük maraq oyadır ki, bununla da təsərrüfat inkişaf etdirilir. Əgər bir neçə il bundan əvvəl pambıqçılığa maraq yox idisə, indi artıq maraq çox böyükdür. Bir neçə rayonlar var ki, orada mən insanlarla gedib görüşürəm və görürəm ki, hamı pambıqçılıqla məşğul olmaq istəyir. Çünki, pambıqdan xeyli əlavə gəlir götürə bilirlər insanlar. Baramaçılıq da elədir, üzümçülük də elədir və bu gün yerlərdə sənaye müəssisələri də yaradılır bununla əlaqədar. Əlbəttə ki, bu sənaye müəssisələri yaradılandan sonra bu istiqamətlərdə inkişaf daha yüksək səviyədə təmin olunacaq. Bilirsiniz, şərait var. Şərait nədəndir? Artıq regionlarda yol var, işıq var, su var, qaz var və bütün təminat yaradılıb ki, insanlar bundan istifadə eləsinlər və kənd təsərrüfatı inkişaf etdirilsin. Əgər ölkə ərazisinin 96 faizi qazlaşdırılıbsa bu çox böyük nailiyyətdir və bu kimi digər nailiyyətlər də gələcəkdə iqtisadiyyatın daha böyük sürətlə inkişafına əsaslı zəmin yaradır. Əgər ölkənin bütün regionlarında 24 saat ərzində fasiləsiz elektrik enerjisi təmin olunursa, işıq yanırsa, bu çox böyük nailiyyətdir. Əgər bu gün bizim yollarımız yaxşıdırsa, su təminatımız yaxşılaşdırılıbsa, əlbəttə ki, bu əkinçi üçün çox vacibdir, sahibkar üçün çox vacibdir. Sahibkar bunu görəndən sonra sözsüz ki, bu imkanlardan istifadə edərək arzu olunan nailiyyətləri qazanar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB