Ermənilər Bakıya gələcək TRASEKA

Ermənilər Bakıya gələcək TRASEKA

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə erməni nümayəndə heyəti növbəti dəfə Azərbaycana səfər edəcəklər. SİA xəbər verir ki, bu barədə Ermənistanın aysor.am saytı məlumat yayıb. Məlumata görə, paytaxt Bakını Ermənistanın İnfrastruktur və Ərazi İdarəçiliyi nazirinin müavini Armen Simonyan, həmin nazirliyin texniki siyasət, avtomobil nəqliyyatı siyasəti departamentinin şöbə müdiri Arman Karapetyan və Xarici İşlər Nazirliyinin inkişaf sahəsində çoxtərəfli siyasət və əməkdaşlıq departamentinin məsləhətçisi Artyom Aznauryan ziyarət edəcəklər.
Ermənilər 4-7 dekabrda TRASEKA-nın 20 illiyi ilə bağlı konfransında və 14-cü iclasında iştirak edəcəklər.

Qeyd edək ki, TRASEKA Avropa İttifaqı tərəfindən 1993-cü ildə çoxtərəfli inkişaf proqramı tərəfindən təşəbbüs olaraq yaradılıb.

Dövlətlərarası komissiya isə 2000-ci ildə yaradılıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə