ŞOK! İbrahim Tatlısəs başından ağır yaralanıb

ŞOK! İbrahim Tatlısəs başından ağır yaralanıb
Türk musiqinin tanınmış siması İbrahim Tatlıses ötən gecə Türkiyə vaxtı ilə saat 00:10 radələrində naməlum şəxslər tərəfindən güllələnib. Güllələr sənətçinin başından dəyib. Bu barədə SİA-ya məlumat Türkiyədəki mənbələrdən daxil olub. Hazırda sənətçinin vəziyyəti ağırdır.

Məlumata görə, müğənniyə atəş açan şəxsin kim olduğu hələlik məlum deyil. Ibrahim Tatlısəsin köməkçisi olan İpək Çakırın da yaralandığı deyilir. Hazırda özəl xəstəxanaların birində əməliyyata götürülən sənətçi və köməkçisinin taleyi bəlli deyil. Onun yerləşdiyi xəstəxanaya gələnlərin ardı-arası kəsilmir.. Həmkarları, ailə üzvləri hətta keçmiş həyat yoldaşı belə xəstəxana önündə şok vəziyyətindədirlər.

Hadisə yerində araşdırma aparan polislər baş verənlərin təfəruatı barədə açıqlama verməkdən imtina edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə