Fuad Ələsgərov Prezidentin köməkçisi − şöbə müdiri təyin edilib

Prezident İlham Əliyev Fuad Ələsgərovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə