Birləşmiş Millətlər Təşkilatının İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasnın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri 10 mart 2011-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmə zamanı CÇM-nin rəisi və müəssisənin əməkdaşları tərəfindən MPM qrupu üzvlərinin monitorinq aparması üçün lazımi şərait yaradılıb.
Fakültativ Protokolun tələblərinə uyğun olaraq müəssisənin bütün obyektlərinə baxış keçirilib. Əvvəlki başçəkmlər ilə müqayisədə CÇM-də xeyli müsbət dəyişikliklər müşahidə edilib.
Müəssisənin bütünlüklə istilik sistemi ilə təchiz olunması, cərimə təcridxanasının standartlara uyğun təmir edilməsi, məhkumlara qarşı il ərzində tənbeh tədbirlərinin az seçilməsi, xüsusi vasitələrdən istifadənin minimuma endirilməsi, su, işıq və qazın daimi olması, yeni peşə məktəbinin fəaliyyətinin təşkili, yataqxanaların və kameraların sanitar vəziyyətinin yaxşılaşdırılması, məhkumların asudə vaxtlarını keçirmələri üçün stolüstü oyunların və kitabxananın təşkil olunması müsbət qiymətləndirilib.
Burada cəza çəkən məhkumların bir çoxu ilə söhbət zamanı onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını bildiriblər.
8 saylı CÇM-nə başçəkmə zamanı bir sıra nöqsanlar aşkar edilmiş və bununla bağlı müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB