"Bütün qurumlarda yüksək səviyyədə islahatlar həyata keçirilir. İslahatlar gömrük orqanlarından da yan keçməyib". SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
DGK sədri bildirib ki, gömrük-keçid məntəqələrinin hər birində müasir avadanlıqlar quraşdırılıb və daşınan yüklər ciddi şəkildə yoxlanılır.
Onun sözlərinə görə, gömrük-keçid məntəqələri gündəlik 450-600 nəqliyyat vasitəsini qəbul etmək imkanına malikdir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB