"Prezident İlham Əliyev Sumqayıtın 70 illiyi ilə bağlı keçirilən tədbirdə çıxışını diqqətlə izləmişik və orda dedikləri tam əsaslıdır". Bunu SİA-ya açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə, Kərimov Əli kimi özünün şərəfini, namusunu itirən bir uşaq Əbülfəz Elçibəyə xəyanət edib: "Yəni Əbülfəz Elçibəyin zəhər verib öldürülməsindən tutmuş Əbülfəz Elçibəy xəstəxanaya gedəndə onun haqqında əxlaqsız söz yazdıran məhz Kərimov Əli olubdur. Kərimov Əli 100 yerə işləyən şərəfsizin biridir. Mən belə biabırçı insanlar görməmişdim. Yəni belə acı göz mənəviyyatını, şəxsiyyətini itirmiş insanlar görməmişdim. Kərimov Əli ilə Qəmbərov İsa kimi Azərbaycan xalqına zərbə vuran 2, 3, 4-cü adamlar tanımıram. Bir sözlə, Prezident İlham Əliyevin onlar haqqında dediyi fikirlər çox əsaslı fikirlərdir. Düşünürəm ki, bunlar haqqında çox ciddi təbdir görülməlidir. Yəni Kərimov Əlinin dövlət katibi olanda kimlərlə separat danışıqlara getməsi, hansı oyunlardan çıxması, o cümlədən Qəmbərov İsanın da hansı oyunlardan çıxması araşdırılıb, cəmiyyətə açıqlanmalıdır. Yəni bu küçə adamları Azərbaycanda 1 illik hakimiyyətləri dövründə nələr etmədilər onu mən dəfələrlə faktlarla bildirmişəm. Kərimov Əlinin Əbülfəz Elçibəyə ad günündə zəhər verib, öldürməsi faktı təsdiq olundu, amma Respublika Prokurorluğu onun haqqında cinayət işi başlatmadı. Bu da çox narahatedici məsələdir. Bakı şəhər prokurorluğun da qaldırılmış cinayət işi tam sübuta yetirildi və nəticəsiz qalıbdır. Nəticəsiz də qalanda əlbəttə ki, Kərimov Əli xarici kəşfiyyat orqanlarının əli ilə əlaqələrini genişləndirir. Bildiyiniz kimi, Kərimov Əlinin bir tərəfi ermənidir, yəni bütün bunların hamısı bizim əlimizdə olan faktlardır. Bizim gözümüzün qabağında bu gədənin böyüməsi, satqınlıq etməsi, agent işləməsi hamımıza bəllidir. Prezident İlham Əliyevin Kərimov Əli, Qəmbərov İsa və digərləri haqqında dediyi fikirlərlə tam razıyam. Bir sözlə, Kərimov Əlinin, Qəmbərov İsanın və digərlərinin haqqında cinayət işi qaldırılıb həbs edilməsi lazımdır ki, xalqın canı bunlardan qurtarsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB