Ermənilər yarı yolda qaldı

Ermənistana yola düşən bir avtobus şübşəli bilindiyi üçün Yuxarı Lars keçid məntəqəsində saxlanılıb. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə armenpres informasiya yayıb.

İnformasiyaya görə, Yuxarı Lars sərhəd-buraxılış məntəqəsində Ermənistana gedən bir avtobus qadağan olunmuş əşyanın daşınmasında şübhəli bilinərək dayandırılıb. Həmçinin qeyd olunur ki, Ermənistanın Gürcüstandakı səfirliyi avtobusdakı erməni sərnişinlərin Ermənistana daşınmasını təmin etmək üçün narahatlıq keçiriblər.
Görünür, Yuxarı Lars keçid məntəqəsində avtobus hansısa səbəblərə görə şübhəli hesab olunsa da, əslində ermənilərə olan şübhə əsas şərtdir. Daha dəqiq desək, şübhəli hesab olunmaları erməniləri yolda qoyub. Əks halda, avtobus yoxlanılaraq dərhal buraxılardı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə