Hindistanda yol qəzası baş verib xeyli sayda ölən var

Hindistanda yol qəzası baş verib xeyli sayda ölən var

Hindistanda mikroavtobus qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal-qərbindəki Racasthan ştatının Naqaur dairəsində qeydə alınıb. Qəza nəticəsində azı 12 nəfər, o cümlədən 6 qadın və bir uşaq ölüb, 10 nəfər də xəsarət alıb.

Polisin ilkin məlumatına görə, səhər tezdən qəfildən yola çıxan öküzü vurmamaq üçün maşını kənara döndərən sürücü idarəetməni itirdiyindən mikroavtobus aşıb. Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onlar ölkənin cənubundakı Maharaştra ştatından şimaldakı Hariana ştatında yerləşən məbədə ibadətə gedirmişlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə