Nazir Elmar Məmmədyarov iqamətgahı Moskva şəhərində yerləşən Qvatemalanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturo Duarteni, iqamətgahı Ankara şəhərində yerləşən Sloveniya Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Yazbetsi və iqamətgahı Moskva şəhərində yerləşən Paraqvayın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marsial Bobadilla Gileni qəbul edib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hər üç səfir etimadnamənin surətini təqdim ediblər.
Görüşlərdə ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB