"Kıbrıs məsələsinin Türkiyənin qarşısında əngəl kimi çıxarılması ədalətsizlikdir"

"Kıbrıs məsələsinin Türkiyənin qarşısında əngəl kimi çıxarılması ədalətsizlikdir"

Yunanıstanda səfərdə olan xarici işlər naziri Əhməd Davudoğlu Kıbrıs məsələsində siyasi mülahizələrlə Türkiyənin Avropa Birliyinə üzvlüyünün qarşısına əngəllər çıxarılmasını ədalətsizlik kimi dəyərləndirdiklərini bildirib.

SİA-nın xəbərin görə, Əhməd Davudoğlu Yunanıstan mətbuatında çıxan Meis adası ilə bağlı açıqlamalarına da aydınlıq gətirib. Davudoğlu Meisin yunan adası olduğunu söyləyərək "status diskussiyası aparmırıq" deyib.

Nazir Kıbrısdakı müzakirələrin gedişindən və status-kvonun davam etdiriləcək kimi görünməsindən də məmnun olmadıqlarını bildirib: "Türkiyə olaraq biz istəyirik ki, Kıbrısda tərəflərin daha öncə anlaşdığı parametrlər ətrafında bir bütün olaraq sülh hövzəsi yaradaq. Kıbrıs məsələsinin Türkiyənin Avropa Birliyinə üzvlüyü qarşısına əngəl kimi çıxarılmasını da ədalətsizlik kimi dəyərləndirirk. Qarşımızda iki yol var - ya ortaq strateji dünyagörüşlə AB-ni yenidən inşa edəcəyik, Kıbrıs sülh adası olacaq, ya da Türkiyə-AB münasibətlərində yaşanan sıxıntı bölgədə mənfi atmosferin yaranmasına səbəb olacaq. Biz Yunanıstanda birgə fəaliyyət göstərməkdə qərarlıyıq. Egey dənizindəki Meis adası ilə bağlı status diskussiyası aparmadıq, aparmırıq. Meis bir yunan adasıdır, bu, mübahisə mövzusu ola bilməz"

Bütün xəbərlər Facebook səhifəmizdə