Ermənistanda yenidən etiraz aksiyaları keçirilir

Ermənistanda yenidən etiraz aksiyaları keçirilir

İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri universitetlərdə “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənlərinin məcburi tədrisinin ləğvi ilə əlaqədar etiraz aksiyası keçirirlər. SİA bu barədə Rusarminfo-ya istinadən xəbər verir.

Tələbələr bildiriblər ki, Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Harutyunyan onların fikirlərini nəzərə almasa, hökumət, parlament və Təhsil Nazirliyinin binaları qarşısında aksiyalar keçirəcəklər.

"Bu davam edərsə, Araik Harutyunyan necə gəzə-gəzə gəldisə elə də gedəcək. Hazırda onun yeganə əməli Gümri-İrəvan magistral yolu ilə getməsi olub", deyə tələbələrdən biri jurnalistlərə bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə