Yenə utopiya və ya Əli İnsanovun “reanimasiya” aparatı sönüb REALLIQ
Qaragüruhçuların aqibəti artıq “birləşdikləri” gündən həll olunub – adı da siyasi ölümdür!
Radikal və dağıdıcı təfəkkürə malik müxalifət təmsilçilərinin bu dəfə guya “yeni formatda” ictimaiyyət qarşısına çıxmaları onların normal düşüncəli ictimai rəyə inteqrasiya olunmamalarını bir daha sübuta yetirmiş oldu. Belə ki, Müsavat partiyasının qərargahında bir qrup qaragüruhçunun toplaşıb nəyi isə həll etmək görüntüsü yaratmalarının süniliyi elə fotoşəkildən də açıq-aydın görünməkdədir. AXCP sədri Əli Kərimlinin “məzlum” və “əzabkeş” görkəmi alması, Müsavat partiyasının eks-başqanı İsa Qəmbərin çənəsinin az qala yerə dəyməsi və siyasətdən “ölənə qədər getməyəcəyəm” iddiası, keçmiş səhiyyə naziri Əli İnsanovun qaş-qabağı və bundan doğan xalqa nifrət görüntüsü, AXP sədri Pənah Hüseynin “uzaqgörən” görkəmi alıb, “problem həll etmək iqtidarında” olduğunu nümayiş etdirməsi, ömrü boyu qrantlar alıb-dövlət əleyhinə var gücü ilə çalışan Mehman Əliyevin qələminin qırılmasına rəğmən, hələ də özünü “dahi jurnalist” kimi təqdim etməsi, eləcə də digərlərinin var-gəlləri özü-özlüyündə həmin düşərgənin nə qədər acınacaqlı, ölü və sağalmaz xəstəliyə mübtəla olduğunu bütün çılpaqlığı ilə açığa çıxarmış oldu. Əslində, radikalların bu kimi “dəyirmi masası” özünüifşa idi ki, bu da baş verdi...
Sönmüş aparatın isə nəyəsə yararlı olduğunu düşünmək sadəcə beyinsizlik, ya da ümumiyyətlə ağılsız olmaq deməkdir
Utopiya və xam xəyallar üzərində qurulmuş belə bir dıranqrarası formatın başına isə, xüsusilə Əli İnsanovun gəririlməsi çox ironik bir təsir bağışladı ki, bu da onun müxalifətin “reanimasiyası” üçün yararsız olduğunu isbatladı. Artıq belə bir nəticə hasil etmək mümkündür ki, keçmiş səhiyyə nazirinin “reanimasiya” aparatı çoxdan sıradan çıxıb və sönüb. Sönmüş aparatın isə nəyəsə yararlı olduğunu düşünmək sadəcə beyinsizlik, ya da ümumiyyətlə ağılsız olmaq deməkdir.
Daha bir amili də xatırlatmaq olar ki, xalq hər zaman bu cür “birlik” formatlarının çoxsaylı cəhdlərinin nəticəsizliyini görüb. Çünki belə formatlar heç vaxt dəstəklənməyib, parçalanmağa məruz qalıb.
İsa Qəmbər Əli İnsanovun sözlərini udubmu? Əli Kərimli onu özünə “lider” hesab edirmi?
Digər bir unudulmaz məsələ isə budur ki, həmin Əli İnsanovu özlərinə “ağsaqqal”, ya da “lider” seçən tərəflərdən biri – Müsavatın keçmiş başqanı İsa Qəmbərin özünə qarşı sabiq səhiyyə naziri dəfələrlə “gestapoçu”, “genetik xəstə”, “faşist” damğalarını yapışdırıb. Sual yaranır ki, İ.Qəmbər həmin sözləri udubmu? Ya da İnsanovun ittihamlarını qəbul edibmi ki, indi də onun başda oturduğu masada çənəsini yerə sallayır? Yaxud, özünü müxalifətin “lideri” sayan AXCP sədri Əli Kərimli indi də Əli İnsanovu özünə “lider” kimi qəbul edirmi? Edirsə, onda bir zəhmət, buyursun bunu açıq-aydın tərəfdarlarına bəyan eləsin. Əlbəttə ki, Kərimli İnsanovun əlini öpüb, ona biət etməklə həmin gerçəkliyi sübuta yetirə bilər. Gözləyək...
Bu, həm də müxalifət “liderlənin” prinsipsizliklərinin gerçəkliyidir ki, təsdiqini tapıb
Yəqin ki, bu belədir və başqa cavab tapmaq da mümkün deyildir! Həmçinin, ölkənin səhiyyə sistemini cinayət yuvasına çevirən, vaxtilə müxalifəti sağa sola qılınclayan Əli İnsanovun indi müxalifətin birliyi təşəbbüsünün aparıcı simasına çevrilməsi bu formatın simasızlığını nümayiş etdirən danılmaz faktordur. Belə ki, vaxtilə səhiyyəni yığan birinin indi də düşərgədə “ağsaqqallıq” etməsi nəticədə onun növbəti uğursuz cəhdinin dərəyə yuvarlanacağı ehtimalını 100-ə 100 faiz reallığa çevirəcək. Bu, həm də müxalifət “liderlənin” prinsipsizliklərinin gerçəkliyidir ki, təsdiqini tapıb.
Ümumiyyətlə, əgər müxalifəti “birləşdirən” faktor Əli İnsanov kimi korrupsioner, satqın və xəyanətkar, həmçinin əqidəsiz biridirsə, bu zaman həmin “dəyirmi masa” arxasında toplaşanların səviyyəsi və aqibəti artıq müzakirə mövzusu olmamalıdır. Daha dəqiq desək, onların aqibəti artıq “birləşdikləri” gündən həll olunub – adı da siyasi ölümdür!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB